İran 5 ölkədə koronavirusu yaymaqda ittiham edildi

İran 5 ölkədə koronavirusu yaymaqda ittiham edildi
  23 Mart 2020    Oxunub:4125
ABŞ dövlət katibi Mayk Pompeo İranı 5 ölkədə koronavirusu yaymaqda ittiham edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət katibi bu barədə "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, İranın "Mahan Air" aviaşirkəti fevral ayında İran və Çin arasında minimum 55 uçuş edərək Uhandakı virusu ölkələrə yayıb.

"Azı beş ölkədə COVID-19-un ilk yayılma halları İranın insanların sağlamlığına etinasızlığının birbaşa nəticəsidir", - deyə Pompeo vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Pompeo   Koronavirus   İran  





Xəbər lenti