Hakerlər bu dəfə kredit kartlarına əl atdı

Hakerlər bu dəfə kredit kartlarına əl atdı
  29 Dekabr 2013    Oxunub:1269
ABŞ-da on milyonlarla kredit kartlarının məlumatları hakerlər tərəfindən oğurlanıb
Amerikanın “Target” ticarət şəbəkəsi müştərilərinin milyonlarla kredit və debet kartlarının nömrələrinin, həmçinin onların PİN-kodlarının hakerlər tərəfindən oğurlandığını xəbər verib.

“Target”in nümayəndəsi Molly Snyderin eyni zamanda bildirib ki, PİN-kodlar şifrələnmış şəkildə oğurlandığına görə müştərilərin bank hesabları üçün heç bir təhlükə törətmir.

Qərargahı Minnesota ştatında olan “Target”in verdiyi məlumata görə dekabr ayının 15-27-si arası alış-veriş edən 40 milyon adam hakerlərin qurbanı olub. Ticarət şəbəkəsi dərhal hadisə barədə ABŞ hakimiyyətinə məlumat verib. Məxfi xidmət və Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.

“Target” ABŞ-ın üçüncü ən böyük ticarət şəbəkəsidir və ölkədə 1.9 min mağazası var. Mütəxəssislərin sözlərinə görə belə şəxsi məlumatların sızması ölkə tarixində 2-ci ən böyük hadisədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti