Dünyada 333 minə yaxın insan koronavirusa yoluxub

  24 Mart 2020    Oxunub : 1825
Dünyada 333 minə yaxın insan koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı artaraq 332 min 930 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, 14,5 mindən çox insan COVID-19-un qurbanı olub.

Ən çox yoluxma və ölüm Avropa bölgəsində qeydə alınıb ​​- müvafiq olaraq 171 424 yoluxma və 8743 ölüm halı.

COVID-19-a yoluxma və ölüm hadisələri indiyədək ən az Afrikadadır - 990 yoluxma və 23 ölüm.

Azvision.az

Teqlər: Virus