Bakı-Varşava aviareysi yerinə yetiriləcək

   Bakı-Varşava aviareysi yerinə yetiriləcək
  24 Mart 2020    Oxunub:1671
Azərbaycandakı polşa vətəndaşlarının təxliyəsi üçün Bakı-Varşava aviareysi yerinə yetiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, aviareys martın 27-də həyata keçiriləvək.

"Polşa hökuməti ölkə vətəndaşlarının vətənə qayıtması üçün öz dəstəyini göstərəcək.

- Polşa vətəndaşlarının həyat yoldaşları,
- Polşa vətəndaşlarının uşaqları,
- Polşa kartı olan insanlar,
- Polşada daimi və ya müvəqqəti yaşamaq hüququ olan və ya iş icazəsi olan şəxslər,
- Diplomatlar,
- Malların daşınması üzrə nəqliyyat vasitələrində çalışan əcnəbilər biletləri www.lot.com saytında ala bilərlər."-deyə, məlumatda deyilir.


Azvision.az



Teqlər: Polşa  





Xəbər lenti