Nobel Sülh mükafatçısı koronavirusa yoluxdu

 Nobel Sülh mükafatçısı koronavirusa yoluxdu
  24 Mart 2020    Oxunub:2502
Finlandiyanı 1994-2000-ci illərdə idarə etmiş Marti Axtisaari koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə hazırkı dövlət başçısı Sauli Niinistönin ofisi açıqlama yayıb.

Bildirilib ki, 82 yaşlı eks-prezident özünü yaxşı hiss edir. Daha əvvəl, onun xanımı Yeva Axtisaarinin də koronavirusa yoluxduğu aşkarlanmışdı.

Qeyd edək ki, Axtisaari Kosovo münaqişəsinin həllində göstərdiyi uzunmüddətli səylərə görə 2008-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Azvision.az


Teqlər: Finlandiya  





Xəbər lenti