Yük maşınında 60-dan çox miqrantın meyiti tapıldı

 Yük maşınında 60-dan çox miqrantın meyiti tapıldı
  24 Mart 2020    Oxunub:3267
Mozambikdə 64 qanunsuz miqrant yük maşının konteynerində ölü tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə "France-Presse" tibbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

"Malavidən gələn və efiopiyalı qeyri-qanuni mühacirləri daşıyan yük maşını Tete əyalətində nəzarət üçün dayandırılıb. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman 64 nəfərin öldüyü, daha 14 nəfərin sağ qaldığı məlum olub".

Onların boğularaq öldüyü iddia edilir.

Azvision.az


Teqlər: Miqrant  





Xəbər lenti