Xorvatiyada zəlzələdə ölənlərin sayı artıb

Xorvatiyada zəlzələdə ölənlərin sayı artıb
  24 Mart 2020    Oxunub:2337
Xorvatiyada baş vermiş 5,3 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı artıb.
Azvision.az xəbər verir ki, zəlzələ zamanı Zaqreb şəhərində xəsarət alan 15 yaşlı yeniyetmə dünyasını dəyişib.

Qeyd olunub ki, hazırda 27 nəfər xəstəxanalarda mülaicə alır. Onlardan 18-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnituda gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 05.24 (Bakı vaxtı ilə - 09:24) radələrində baş vermiş zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib. Zəlzələdən sonra Zaqreb şəhərində dağılmış binanın dağıntıları altından bir uşağın meyiti aşkarlanıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Xorvatiya  





Xəbər lenti