“G-20” koronavirusla əlaqədar təcili toplanır

  24 Mart 2020    Oxunub : 1702
 “G-20” koronavirusla əlaqədar təcili toplanır
“Böyük İyirmilik” (“G-20”) ölkələri liderlərinin koronavirusla bağlı fövqəladə sammiti martın 26-da keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, sammitə Rusiya da dəvət alıb və iştirak etməyə hazırlaşır.

"Sammit video rejimində keçiriləcək və COVID-19 ətrafındakı vəziyyətə həsr olunacaq. Təşəbbüskar Səudiyyə Ərəbistanıdır".

Azvision.az

Teqlər: G-20