İspaniyada virusa yoluxanların və ölənlərin sayı kəskin artıb

  24 Mart 2020    Oxunub : 1639
İspaniyada virusa yoluxanların və ölənlərin sayı kəskin artıb
İspaniyada son 24 saatda 514 nəfər koronavirusdan ölüb, 6584 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İspaniyada virusdan ölənlərin sayı 2696 nəfərə çatıb, 3794 xəstə isə sağalaraq evə buraxılıb.

Bundan başqa, yoluxanların sayı 33 089-dan 39 673 nəfərədək artıb. Ən çox yoluxma halı Madrid muxtar vilayətində qeydə alınıb - 12 352 nəfər.

Azvision.az


Teqlər: İspaniya