Koronavirus Niderlandda xaosa səbəb oldu - Avropa ölkəsində acınacaqlı durum

Koronavirus Niderlandda xaosa səbəb oldu -  Avropa ölkəsində acınacaqlı durum
  25 Mart 2020    Oxunub:6166
Niderlandda koronavirus infeksiyası sürətlə yayılır. Virusa yoluxan orta yaşlı insanlar arasında da ölənlər var.

Azvision.az -ın məlumatına görə, bu barədə “Moskovskiy Komsomolets” qəzetinin Niderlanddakı müxbiri Anna Fitisova yazıb.
O bildirib ki, Niderland hökuməti məktəbləri və mağazaları tamamilə bağlayıb-bağlamamaq barədə müzakirələr aparır.

Məqalədə qeyd olunub ki, əsas təhlükə ilə yaşlılar üzləşib. Hər gün qocalar evlərində yaşayanların bir neçəsi dünyasını dəyişir. Ailə həkimləri xəstələri xüsusi geyimlərdə və maskalarda qəbul edirlər. Bəzi həkimlər isə artıq qəbulları ləğv edib. Skayp üzərindən məsləhət verən həkimlər də var. Ölkədə kritik dövrdə könüllülər demək olar ki, yoxdur, heç kim heç kimə kömək etmir.

Bundan əlavə, ölkədə tibbi maska tapmaq olmur. Maska satışı ilə məşğul olduğunu elan edən bir çox saytlar dələduzluqla məşğuldur.

Jurnalistin sözlərinə görə, həyat yoldaşı maska almağa cəhd edib, 300 avro qarşılığında bir həftə ərzində maska çatdırılacağı vəd olunsa da, hələ maskadan bir xəbər yoxdur.

Niderland küçələri qorxulu filmləri xatırladır. Küçələrdə avtomobil, insan yoxdur, ictimai nəqliyyat işləmir, bütün mağazalar bağlıdır. Gəlirlərini itirən sahibkarlar hökumətdən kompensasiya tələb edirlər, heç kim daha nələrin baş verəcəyini təsəvvür edə bilmir. Vəziyyət ümumilikdə xaos həddindədir.

Azvision.az


Teqlər: Niderland   Xaos  





Xəbər lenti