Azay Quliyevdən Prezidentin çağırışına dəstək: Yaşlı insanlar üçün xüsusi elektron xidmət istifadəyə verilir
Azay Quliyev deputatı olduğu Binəqədi rayonu ərazisində yaşayan ahıl insanlarla bağlı digər tviter açıqlaması da diqqəti çəkib. Azay Quliyev qeyd edib ki, “Mart ayının 25-dən etibarən #Koronavirusla bağlı #evdəqalaq təlimatı çərçivəsində yaşı 65-dən yuxarı olan Seçicilərimin üzləşə biləcəkləri mümkün problemlərin həllinə kömək məqsədilə https://azvision.az/redirect.php?url=http://azayguliyev.az saytı üzərindən "elektron müraciət xidməti" fəaliyyətə başlayır”.
Əlavə olunub ki, 8 saylı Binəqədi birinci Seçki dairəsi ərazisində yaşayan könüllülərdən/ aşağı yaş kateqoriyasında olan seçicilərimdən yaşlı nəslin nümayəndələrinin üzləşdikləri çətinliklər və sosial xidmətlə bağlı ehtiyacları barədə https://azvision.az/redirect.php?url=http://azayguliyev.az saytı üzərindən "elektron müraciət xidməti"nə məlumat verməkləri xahiş olunur.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində onun göstərişi ilə yaşlı tənha insanların təminatını təchiz etmək üçün sosial işçilərin səfərbərliyi nəzərdə tutulduğunu və onların bu işi görəcəklərini deyib: “Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq”
Azvision.az
Teqlər: Azay-Quliyev