Ruhaninin koronavirus qorxusu - İkinci dalğa gözlənilir

Ruhaninin koronavirus qorxusu -  İkinci dalğa gözlənilir
  25 Mart 2020    Oxunub:5429
İran növbəti dəfə yeni növ koronavirus dalğasına məruz qala bilər.

Azvision.az xəbər verir ki, belə bir bəyanatla İran Prezidenti Həsən Ruhani çıxış edib. O, ölkədə virusa yoluxanların artacağını istisna etməyib.
Ruhaninin fikrincə, pandemiyanın birinci dalğasını geridə qoysalar da, Novruz tətilində xaricə gedən vətəndaşların geri qayıtmasından sonra ikinci dalğa gözlənilir:

"Vətəndaşların sağlamlığından hökumət məsuldur. Ona görə də bir sıra sərt qərarlar vermişik və qərarlar daha da sərtləşdiriləcək. Bu məqsədlə parklar və insanların kütləvi toplaşdığı digər yerlər bağlana bilər. Vətəndaşlar bilməlidir ki, bütün bunlar onların sağlamlığı üçün edilir".

Qeyd edək ki, İranda bu günə qədər 24 min 811 nəfər koronavirusa yoluxub, 1934 infeksiya daşıyıcısı dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Koronavirus   Ruhani  





Xəbər lenti