Koronavirus ölən insanların da bədənində yaşayır

Koronavirus ölən insanların da bədənində yaşayır
  25 Mart 2020    Oxunub:7379
Yeni növ koronavirus insan öldükdən sonra da ağ ciyərlərdə yaşamağa davam edir.

Azvision.az xəbər verir ki, çinli alimlər koronavirusdan dünyasını dəyişən 29 xəstənin üzərində apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər.
Pekin Universitetinin Birinci Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin həkimi Vanq Quiqianqın sözlərinə görə, aparılan araşdırma zamanı ölən insanların immun sistemində ciddi problemlərin olduğu üzə çıxıb. Məhz bu faktor onların ölümünə səbəb olub.

V.Quiqian, həmçinin vurğulayıb ki, virus sağalan insanların ağ ciyərlərində qalıcı fəsadlar yaradır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti