Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu
  26 Mart 2020    Oxunub:10217
Çinin Uhan şəhərində koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum olub.

Azvision.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, virusa yoluxan ilk çinli Uhanda dəniz məhsulları bazarında satıcı işləyən Vey soyadlı qadındır. Onun infeksiyaya necə yoluxduğu hələ də tam olaraq məlum deyil.
Məlumata görə, qadın "Huanan" bazarında 24 nəfərə baş çəkib, onların 4-ü bir ailənin üzvləri olub.

Vey uzun müddət bazarın yaxınlığında yaşayıb. Yüksək temperatur səbəbindən evinin birinci mərtəbəsindəki klinikaya müraciət edib. Adətən tez sağalmasına baxmayaraq, bu dəfə ona müalicə kömək etməyib.

O, 16 dekabrda Huancon Elm və Texnologiya Universiteti nəzdindəki xəstəxanaya gəlib və burada koronavirusa yoluxduğu təsdiqlənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Virus  





Xəbər lenti