Ermənistanda üç tibb işçisi koronavirusa yoluxdu

   Ermənistanda üç tibb işçisi koronavirusa yoluxdu
  26 Mart 2020    Oxunub:2216
Ermənistanda həkim və təcili tibbi yardım avtomobilinin sürücüsü koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan bildirib.

Daha əvvəl Ermənistanda bir tibb bacısının da koronavirusa yoluxduğu təsbit edilib.

Nazirin sözlərinə görə, tibb işçilərinin infeksiyaya yoluxması qaçılmazdır, çünki onlar xəstələrlə çox ünsiyyət qururlar və qorunmaq üçün lazım olan hər şeylə təmin olunsalar da, bəzən yenə də yoluxurlar.

Torosyan qeyd edib ki, hazırda hər üç tibb işçisi izolyasiya olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Virus  





Xəbər lenti