İranda koronavirusdan 2234 nəfər ölüb

  26 Mart 2020    Oxunub : 1130
İranda koronavirusdan 2234 nəfər ölüb
İranda koronavirusa yoluxanların ümumi sayı 29 min 406 nəfərə yüksəlib, 2234 nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan 157 nəfər ölüb, 2389 yeni yoluxma qeydə alınıb. İndiyədək 10457 xəstə sağalıb.

Azvision.az

Teqlər: İran