Marneuli və Bolnisidə iki nəfərdə virus aşkarlandı

  26 Mart 2020    Oxunub : 1459
Marneuli və Bolnisidə iki nəfərdə virus aşkarlandı
Gürcüstanda azərbaycanlıların yaşadıqları Marneuli rayonunda 15 min nəfər, Bolnisi rayonunda isə 3400 nəfər koronavirusu sürətlə aşkarlayan testdən keçirilib.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili deyib.

Onun sözlərinə görə, bu gün 10 min ədəd tibbi maska və digər tibbi ləvazimatlar Marneuli və Bolnisidə paylanılacaq.

Bolnisi rayonunda koronavirus testləri zamanı azərbaycanlı hamilə qadında koronavirus aşkarlanıb. Bundan başqa, Marneuli rayonunda daha bir nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

Azvision.az

Teqlər: Gürcüstan