ABŞ Çini virusla bağlı məlumatları gizlətməkdə günahlandırdı

 ABŞ Çini virusla bağlı məlumatları gizlətməkdə günahlandırdı
  26 Mart 2020    Oxunub:2827
ABŞ-ın Böyük Britaniyadakı səfiri Vudi Conson Pekinin koronavirusla bağlı səssizliyinin dünyanı qlobal təhlükə qarşısında qoyduğunu bəyan edib.

Azvision.az xəbər verir ki, bu barədə diplomat “Times” nəşrinə bildirib.
Səfirin sözlərinə görə, əvvəlcə Çin yeni növ koronavirus haqqında informasiyalarla bağlı susmağa çalışdı. Daha sonra isə Çin hakimiyyəti "vacib məlumatları seçilmiş şəkildə" paylaşdı və kömək təklif edən, məlumat istəyən beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin işinə müdaxilə etdi.

“Əgər Çin lazımi vaxtda düzgün davransaydı, daha çox vətəndaşı, həmçinin dünyanın digər hissələrindəki insanlar bu xəstəliyn ən ağır nəticələrindən yayına bilərdilər. Bunun əvəzinə, Çin digər ölkələri virusu yaymaqda günahlandırdı. Bu, açıq və təhlükəli təbliğata işarə etdikdə isə ÇXR nümayəndələri virusun mənşəyinin "siyasiləşdirilməsindən" hiddətlə şikayətlənməyı başladılar”, - deyə səfir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Çin  





Xəbər lenti