"G-20"nin virtual sammiti başladı - Dünyada bir ilk

  26 Mart 2020    Oxunub : 1447
"G-20"nin virtual sammiti başladı - Dünyada bir ilk
"G-20" (Böyük iyirmilik) liderlərinin tarixdə ilk dəfə olaraq virtual sammiti başlayıb.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr edilib.

Bu il "G-20"yə Səudiyyə Ərəbistanı sədrlik edir. Kral Salman bin Abdel Əziz Əl Saud sammitdə giriş nitqi ilə çıxış edib.

O deyib ki, "koronavirus pandemiyası ilə mübarizə üçün dünyanın ən böyük iqtisadiyyatlarının liderləri kimi məsuliyyətimizi nümayiş etdirərək bu görüşü keçiririk. Bu problem bizdən müxtəlif səviyyələrdə qətiyyətli addımlar atmağı tələb edir".

Rusiya Prezidenti Vladimir Putin sammitə öz iqamətgahından qatılıb. "G-20" liderlərindən əlavə bir sıra ölkələrin, o cümlədən, İspaniya, İordaniya, İsveçrə, Vyetnam, Sinqapur, həmçinin beynəlxalq qurumların təmsilçiləri də virtual iclasında iştirak edirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: G-20