Özbəkistanda koronavirusdan ilk ölüm qeydə alındı

  27 Mart 2020    Oxunub : 925
Özbəkistanda koronavirusdan ilk ölüm qeydə alındı
Özbəkistanda koronavirus infeksiyasından ilk ölüm qeydə alınıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Namanqan əyalətində baş verib.

Ölkənin Səhiyyə Nazirliyi 72 yaşlı xəstənin şəkərli diabet olduğu və ürək çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb.

Yaşlı xəstə dünən koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya aparılıb və analizlər müsbət nəticə verib. Lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Onun Türkiyədən qayıdan qızı da virusa yoluxub.

Qeyd edək ki, Özbəkistanda “Covid 19” virusuna yoluxanların sayı 83 nəfərdir. Ümumilikdə ölkədə 90 mindən çox insan karantindədir.

Azvision.az

Teqlər: Özbəkistan   Koronavirus