Ermənistan ordusunda koronavirus kütləvi şəkildə yayılır

  27 Mart 2020    Oxunub : 964
 Ermənistan ordusunda koronavirus kütləvi şəkildə yayılır
Ermənistan ordusunda koronavirusa kütləvi yoluxma halları müşahidə edilir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq 3 hərbi qulluqçunun virusa yoluxması rəsmən təsdiqlənib. Bundan əlavə, 32 hərbçinin də koronavirus şübhəsi ilə nəzarətə alındığı deyilir. Hələlik həmin şəxslərin analiz nəticələri ictimaiyyətə açıqlanmayıb.

Ermənistan ordusunda xidmətdə olan hərbi qulluqçuların yaxınları yaranan vəziyyətlə əlaqədar təşvişə düşüblər. Onların sözlərinə görə, rəsmi qurumlar virusa yoluxan hərbçilərin sayını gizlədirlər.

Qeyri-rəsmi məlumatlara görə, koronavirus aşkar edilən erməni hərbçilərin sayı onlarladır.



Azvision.az

Teqlər: Ermənistan   Koronavirus