Boris Conson koronavirusa yoluxdu

 Boris Conson koronavirusa yoluxdu
  27 Mart 2020    Oxunub:3143
Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Conson özü “Twitter” hesabında məlumat yayıb.

Baş Nazir bildirib ki, özündə koronavirusa yoluxmanın simptomlarını hiss edib və test yoxlanışından keçib. Nəticədə onun virusa yoluxduğu aşkar edilib.

“Hazırda təcrid olunmuşam. Virusla mübarizə apararkən hökümətə video konfransla rəhbərlik edəcəyəm”, - deyə B.Conson bildirib.

Azvision.az


Teqlər: İngiltərə   Koronavirus  





Xəbər lenti