9500-ə yaxın tibb işçisində virus aşkarlandı

 9500-ə yaxın tibb işçisində virus aşkarlandı
  27 Mart 2020    Oxunub:3948
İspaniyada 9500-ə yaxın tibb işçisi koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin xəbərdarlıq və fövqəladə hallar üzrə koordinasiya mərkəzinin direktoru Fernando Simon deyib. Onun sözlərinə görə, 9444 tibb işçisində koronavirus aşkarlanıb.

"Bu, digər ölkələrlə müqayisədə yüksək rəqəmdir. Bizi qayğılandıran məsələlərdən biridir, bunun üzərində işləyirik", -deyə F.Simon bildirib.

O qeyd edib ki, 282 mülki mühafizəçi və 172 hərbçi də koronavirusa yoluxub.

Xatırladaq ki, İspaniya koronavirusa yoluxma və ölüm sayına görə Avropada İtalyadan sonra ikinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti