Britaniyanın Səhiyyə naziri koronavirusa yoluxdu

 Britaniyanın Səhiyyə naziri koronavirusa yoluxdu
  27 Mart 2020    Oxunub:2785
Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat verib.

Nazir bildirib ki, koronavirus testinin nəticələri müsbət çıxıb. O, evdən işlədiyini və özünü təcrid etdiyini deyib.

"Milli Səhiyyə Xidmətinin tövsiyələrinə əməl edib həyatımızı xilas etməyimiz çox vacibdir",-deyə M. Hankok qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya   Koronavirus  





Xəbər lenti