Lukaşenko koronavirusu vecinə almır: “Həyat davam edir”

Lukaşenko koronavirusu vecinə almır:  “Həyat davam edir”
  27 Mart 2020    Oxunub:3168
"Mən koronavirusdan gizlənmirəm".

Azvision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko dünyada koronavirusla bağlı yaranan böhrandan danışarkən deyib.
Lukaşenko koronavirus pandemiyasının yayılmasına baxmayaraq, normal bir həyat yaşadığını, dəmir-beton arxasında gizlənmədiyini və ən kiçik oğlu Nikolayın məktəbə getdiyini söyləyib.

Belarus Prezidenti, həmçinin ölkənin təhsil müəssisələrində karantin tətbiq edilməməsinə münasibət bildirib: "Valideyinlərin övladlarını məktəbə buraxmaması onların öz işidir, amma ölkə başçısı övladını məktəbdən təcrid etməyəcək".

Lukaşenko, qonşu ölkələrin sərhədlərin bağlanması ilə bağlı qəbul etdiyi qərarları da tənqid edib.

"Ukrayna, Polşa, Baltikyanı ölkələr, rus qardaşları sərhədi bağladılar. Yaxşı, bağlayın, amma həyat davam edir, siz buna mane ola bilməzsiniz".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   AleksandrLukaşenko  





Xəbər lenti