Almaniyada minlərlə hərbçi virusla mübarizəyə səfərbər edilir

Almaniyada minlərlə hərbçi virusla mübarizəyə səfərbər edilir
  28 Mart 2020    Oxunub:2167
Almaniya hökuməti ölkənin hərbi qüvvələrini koronavirusla mübarizəyə səfərbər edir.
Azvision.az xəbər verir ki, bu məqsədlə yaxın günlərdə 15 min hərbçi prosesə cəlb ediliəcək.

Plana əsasən, onlardan 5500-ü müdafiəni, 6 min nəfər isə əhaliyə dəstəyi təşkil edəcək. Bundan başqa, 600 hərbçi nizam-intizamın qorunmasına və yol hərəkətinin tənzimlənməsinə görə məsuliyyət daşıyacaq. 250 hərbçidən ibarət 18 qrup dezinfeksiya və s. işlərin görülməsinə, 2500 hərbçi loqistik xidmətə - malların saxlanılması, daşınması və boşaldılması işlərinə nəzarət edəcək.

Qeyd edilib ki, xarici əməliyyatlarda iştirak etməyən və ya NATO qarşısında öhdəlik götürən hərbçlər səfərbər olunacaq. Hazırlıq işləri aprelin 3-dək təmin edilməlidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti