Türkiyədə 12 qəsəbə və kənd karantinə alınıb - YENİLƏNİB

Türkiyədə 12 qəsəbə və kənd karantinə alınıb -  YENİLƏNİB
  28 Mart 2020    Oxunub:3475
Türkiyənin 12 qəsəbə və kəndində karantin rejimi tətbiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, həmin ərazilərə giriş-çıxış tamamilə dayandırılıb.

***
(20:30)
Türkiyənin Rizə şəhərinin dörd kəndi koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.

Azvision.az xəbər verir ki, Rizə Səhiyyə İdarəsinin yaydığı məlumatda Yeni Səlimiyə, Beştepe, Esentepe və Maltepe kəndlərinin karantinə alındığı bildirilib.

Həmin kəndlərə giriş-çıxış dayandırılıb, yerli əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti