Rusiyada koronavirusa qarşı vaksin hazırlandı

  28 Mart 2020    Oxunub : 2963
Rusiyada koronavirusa qarşı vaksin hazırlandı
Rusiya Tibbi-Biologiya Federal Agentliyi (FMBA) yeni növ koronavirus infeksiyasını (COVİD-19) müalicə edəcək dərman hazırlayıb.
Azvision.az xəbər verir ki, vaksinin "Meflokin" adlı dərman əsasında hazırlandığı bəyan edilib.

Qeyd olunub ki, Rusiya FMBA-nın "Farmzashchita" Araşdırma və İstehsalat Mərkəzi Çin və Fransanın təcrübəsindən istifadə edərək malyariyaya qarşı istifadə edilən “Meflokin” dərmanı əsasında koronavirus infeksiyasının müalicə dərmanını hazırlayıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Rusiya   Koronavirus   Dərman   Vaksin