Bir gündə 60 min nəfərdə koronavirus aşkarlandı

Bir gündə 60 min nəfərdə koronavirus aşkarlandı
  29 Mart 2020    Oxunub:4195
Dünyada koronavirusa yoluxanların sayı son 24 saat ərzində 60 min nəfər artıb.

Azvision.az Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadən xəbər verir ki, koronavirusa yoluxanların sayı 570 min nəfəri ötüb, xəstəlikdən ölənlərin sayı 26,5 minə çatıb.
Hazırda COVID-19 infeksiyasına ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 121 min 117 nəfər koronavirusa yoluxub. ABŞ-da COVID-19 qurbanlarının sayı 2010 nəfərə çatıb.

Dünyada koronavirusdan ən çox ölüm İtaliyada təsdiq edilib. Ötən gün ərzində bu ölkədə koronavirusdan 889 nəfər ölüb, minlərlə italiyalı yeni virusa yoluxub.

Bununla yanaşı, 12 min 384 İtaliya vətəndaşı virusdan sağalaraq yenidən həyata qayıdıb. Hazırda ölkədə 92 mindən çox insan virus daşıyıcısıdır.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti