Ermənistanda 407 nəfər virusa yoluxdu - Vəziyyət gərgindir

Ermənistanda 407 nəfər virusa yoluxdu -  Vəziyyət gərgindir
  29 Mart 2020    Oxunub:2893
Ermənistanda koronavirusa yoluxanların sayı artmaqdadır.
Azvision.az "news.am"a istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 407 nəfərə çatıb.

Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaranıb:

"Təəssüf ki, xəstələrin sayında artım qeydə alırıq. Gün ərzində 35 yeni yoluxma olub. Bu, o deməkdir ki, koronaviruslu xəstələrin ümumi sayı 407-dir".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti