Baş Nazirin xanımı koronavirusdan sağaldı

Baş Nazirin xanımı koronavirusdan sağaldı
  29 Mart 2020    Oxunub:2905
Kanadanın Baş Naziri Castin Tryudonun xanımı Sofi Qrequar Tryudo koronavirusdan sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat paylaşıb.

"Özümü daha yaxşı hiss edirəm, həkimimdən və Ottavanın Səhiyyə Departamentindən tibbi müayinənin müsbət nəticəsini aldım", - deyə bildirib.

Xatırladaq ki, iki həftə əvvəl Baş Nazirin xanımının analizinin cavabı müsbət çıxmışdı. Castin Tryudoda xəstəlik əlamətləri olmasa da, o, özünütəcrid rejiminə keçərək, evdən işləməyi qərara alıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kanada   Virus  





Xəbər lenti