Fransada erməni əsilli siyasətçi koronavirusdan öldü

 Fransada erməni əsilli siyasətçi koronavirusdan öldü
  29 Mart 2020    Oxunub:8115
Fransanın O-de-Sen departamentinin Baş Şurasının sədri, keçmiş nazir Patrik Devedjyan martın 29-na keçən gecə koronavirusdan dünyasını dəyişib.

Azvision.az "news.am"a istinadən xəbər verir ki, 75 yaşlı erməni əsilli siyasətçi koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Devedjyan 4 dəfə Fransa parlamentinin üzvü seçilib. O, 2002-ci ildə yerli özünüidarəetmə naziri, 2004-2005-ci illərdə sənaye naziri işləyib.

Sabiq Prezident Nikola Sarkozinin yaxın köməkçisi olub. Sarkozinin partiyasının baş icraçı katibi vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Erməni   Koronavirus  





Xəbər lenti