Ermənistanda 14 tibb işçisi virusa yoluxdu

Ermənistanda 14 tibb işçisi virusa yoluxdu
  29 Mart 2020    Oxunub:2170
Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin 14 əməkdaşının koronavirusa yoluxduğu təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan öz "Facebook" səhifəsində yazıb.

"Koronavirus xəstəliyi mərkəzin şəhər şöbəsinin 14 işçisində təsdiqlənib. Bütün profilaktik tədbirlər görülür", - deyə Nikoqosyan əlavə edib.

Xatırladaq ki, Ermənistanda hazırda 424 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti