Suriyada koronavirusla bağlı yeni qadağa

Suriyada koronavirusla bağlı yeni qadağa
  29 Mart 2020    Oxunub:2275
Suriya hökuməti koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində əyalətlər arasında hərəkətin qadağan edilməsinə dair qərar verib.
Azvision.az SANA agentliyinə istinadən xəbər verir ki, Suriya Nazirlər Kabinetinin bununla bağlı qərarı aprelin 16-dək qüvvədə olacaq.

Rəsmi məlumata görə, bu günə qədər ölkədə koronavirusa 5 yoluxma qeydə alınıb. Martın 25-dən etibarən ölkədə komendant saatı tətbiq olunur. Vətəndaşların kütləvi toplaşdığı bütün məkanlar, həmçinin hava limanları, dəniz limanları və quru sərhədlər bağlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Koronavirus  





Xəbər lenti