Türkiyədə virusdan ölənlərin sayı 131-ə çatdı

 Türkiyədə virusdan ölənlərin sayı 131-ə çatdı
  30 Mart 2020    Oxunub:2879
Türkiyədə koronavirusdan ölənlərin sayı artaraq 131 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Onun sözlərinə görə, ölkə üzrə virusa yoluxanların sayı 9217 nəfərdir.

Nazir qeyd edib ki, son sutka ərzində Türkiyədə 23 nəfər koronavirusdan dünyasını dəyişib, 1815 nəfərdə yeni yoluxma aşkar edilib.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti