Erməni deputatlar arasında silahlı qarşıdurma olub

   Erməni deputatlar arasında silahlı qarşıdurma olub
  30 Mart 2020    Oxunub:2900
Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma baş verib.
Azvision.az xəbər verir ki, hadisə Axalkalaki bölgəsində, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan deputat Enzel Mikoyanın evinin yaxınlığında qeydə alınıb.

Silahlı qarşıdurma E.Mikoyan ilə “Milli Hərəkat” partiyasının sabiq deputatı Samvel Petrosyan arasında olub. Hər iki şəxs bir-birinə tapançadan atəş açıb.

AzərTAc-ın məlumatına görə, ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, insidentin siyasi amillərlə bağlı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin “zorakılıq tətbiq etmə” və “qanunsuz silah gəzdirmə” maddələri ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Gürcüstan   Deputat   Erməni   Silah  





Xəbər lenti