Sabahdan Gürcüstanda komendant saatı tətbiq olunacaq

   Sabahdan Gürcüstanda komendant saatı tətbiq olunacaq
  31 Mart 2020    Oxunub:3070
Sabahdan etibarən Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə komendant saatı tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya açıqlama verib.

Baş Nazir bildirib ki, ölkə üzrə yerli vaxtla saat 21:00-dan saat 06:00-dək piyadaların və bütün nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan olunacaq. Qadağaları pozan şəxslərin cəzalandırılacağı qeyd olunub.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti