Cənubi Koreyada 10 minə yaxın insan virusa yoluxub

Cənubi Koreyada 10 minə yaxın insan virusa yoluxub
  31 Mart 2020    Oxunub:2113
Cənubi Koreyada 24 saat ərzində 125 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 9786 nəfərə çatıb. Onlardan 180-i sağalıb, 162 xəstə isə həyatını itirib.

Qeyd edək ki, Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: CənubiKoreya   virus  





Xəbər lenti