“Çində koronavirusa yoluxanların 92 faizi sağalıb” - ÜST

  31 Mart 2020    Oxunub : 2393
 “Çində koronavirusa yoluxanların 92 faizi sağalıb” - ÜST
Çində indiyədək koronavirusa yoluxan xəstələrin 92 faizi sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç RİA "Novosti”yə açıqlamasında bildirib.

"Çində 81 min yoluxma hadisəsi baş verib. 74 mindən çox xəstə sağalıb. Onlar xəstəxanalardan evə buraxılıblar. Son bir neçə həftədə sağalanların sayı artmaqda davam edir",- deyə ÜST rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, virusa yoluxan insanlar son iki testin mənfi nəticəsində sağalmış hesab olunur və evə buraxılırlar.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Çin   Virus   Yoluxma