Çində koronavirus yenə can aldı

Çində koronavirus yenə can aldı
  01 Aprel 2020    Oxunub:2767
Çində son sutka ərzində koronavirusdan 7 nəfər ölüb, 36 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət komitəsinin məlumatında bildirilir. 36 yoluxma halından 35-i ölkəyə xaricdən gələnlərdə aşkarlanıb. Xəstələrdən 186 nəfəri sağalıb.

Ümumilikdə, hazırda Çində 806 idxal edilmiş koronavirus infeksiyası aşkar edilib, 691 nəfər hələ də xəstədir, onlardan 20-nin vəziyyəti ağırdır, 115 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin  





Xəbər lenti