İranda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

 İranda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
  01 Aprel 2020    Oxunub:2140
İranda son 24 saat ərzində 138 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin ümumi sayı 3036 nəfərə çatıb.

Bundan başqa, son sutkada 2987 yeni yoluxma faktı qeydə alınıb. Nəticədə İranda koronavirusa yoluxanların sayı 47 min 593-ə yüksəlib.

K.Cahanpur, həmçinin 15 min 473 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını diqqətə çatıdırb.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti