ÜST: Tacikistanda koronavirus yoxdur

     ÜST:    Tacikistanda koronavirus yoxdur
  01 Aprel 2020    Oxunub:2956
Tacikistanda koronavirusa yoluxma qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyeva bildirib.

Ölkədə koronavirusun olmadığını rəsmən elan edən ÜST nümayəndəsi əhalini gigiyena qaydalarına riayət etməyə və izdihamlı yerlərdən çəkinməyə çağırıb.

"Bu günə qədər respublikada koronavirusla bağlı 700-dən çox tədqiqat aparılıb və bütün nəticələr mənfi olub. Səhiyyə Nazirliyi virusun Tacikistana girməsinin qarşısını almaq üçün hər vasitə ilə çalışır. Hər kəs bunun üçün səy göstərsə, bəlkə digər ölkələrə nisbətən daha şanslı olarıq", - deyə Perfilyeva əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan   ÜST  





Xəbər lenti