NATO erməniləri məyus etdi

NATO erməniləri məyus etdi
  01 Aprel 2020    Oxunub:2146
NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı açıqlama yayıb.
Azərbaycanın NATO yanındakı nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, NATO-nun qondarma “seçkiləri” tanımadığı rəsmən bəyan edilib.

Ceyms Appaturay, həmçinin ATƏT-in Minsk qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.

Azvision.az



Teqlər: NATO  





Xəbər lenti