Sumqayıtda karantin rejimini pozan 92 nəfər cərimələndi
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.
Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində küçə və prospektlərdə, parklarda insanların hərəkət tamamilə dayandırılıb. Yalnız zəruri ehtiyacları üçün küçələrə çıxan insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Sumqayıt şəhərində polis və daxili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.
Azvision.az