Türkiyədə 277 nəfər koronavirusdan öldü

   Türkiyədə 277 nəfər koronavirusdan öldü
  02 Aprel 2020    Oxunub:2906
Türkiyədə koronavirusdan ölənlərin sayı son 24 saat ərzində 63 nəfər artaraq 277-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 15 min 679 nəfərdir.

Nazir vurğulayıb ki, 2148 yoluxma faktı son sutkada qeydə alınıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti