ABŞ-da koronavirus qurbanlarının sayı 5 mini ötdü
Bildirilir ki, ABŞ-da yoluxanların ümumi sayı 215 min 417 nəfərdir. Ölkədə ən çox ölüm faktı 1374 nəfər olmaqla Nyu-York şəhərində qeydə alınıb.
Son bir gün ərzində ABŞ-da koronavirus qurbanlarının sayı 1,2 min nəfərdən çox artıb ki, bu da indiyədək ölkə üzrə ən yüksək artımdır.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: ABŞ Koronavirus