Ermənistanda 5 həbsxana işçisi koronavirusa yoluxub

Ermənistanda 5 həbsxana işçisi koronavirusa yoluxub
  02 Aprel 2020    Oxunub:1716
Ermənistanın Ədliyyə Nazirliyinə məxsus “Vardaşen” cəzaçəkmə müəssisəsində 5 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yoluxan şəxslər xidmətlərini islah müəssisəsinin yaşayış sahəsindən kənarda həyata keçirirlər və məhbuslarla əlaqə saxlamırlar.

Qeyd olunur ki, daha 28 nəfərdən nümunələr götürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti