Spilberqin kobud səhvi

Spilberqin kobud səhvi
  10 Fevral 2013    Oxunub:2426
Stiven Spilberq son filmində kobud tarixi səhvə yol verib.
Amerikada Nümayəndələr Palatasının üzvü, Konnektikut ştatından olan konqresmen Co Kortni Spilberqin “Oskar”a namizəd olan “Linkoln” filmindəki tarixi səhv ucbatından qəzəblənib.

“Associated Press”in verdiyi məlumata görə, Kortni filmin yaradıcısı “DreamWorks Pictures”ə şikayət məktubu ilə müraciət edib. Məktubda Spilberqin filmində, Konnektikutdan olan iki konqresmenin köləliyin ləğvi əleyhinə səs verməsi faktının kobud tarixi səhv olduğu qeyd edilib. Kortni 1865-ci ildə 13-cü düzəlişlə bağlı keçirilən səsvermə zamanı konqresmenlərin dördünün də düzəlişin lehinə səs verdiyini vurğulayıb.

“Dəhşət! Konnektikut köləliyin ləğvi əleyhinə səs verib ? Bu, həqiqətən də məni özümdən çıxarıb”,-deyə konqresmen bildirib.

“DreamWorks Pictures” kino şirkəti Kortninin məktubuna heç bir reaksiya verməyib.


Teqlər:  





Xəbər lenti