“Koronavirus ürək çatışmazlığına səbəb olur” - Professor

 “Koronavirus ürək çatışmazlığına səbəb olur” -  Professor
  03 Aprel 2020    Oxunub:2547
Dünyanı cənginə alan koronavirusun insanın daha bir orqanını zədələdiyi müəyyən olunub.
Azvision.az xəbər verir ki, türkiyəli professor Ahmet Akgülün araşdırmasına görə, daha çox ağ ciyərlərdə qalıcı zədələr əmələ gətirən virus ürək çatışmazlığına da səbəb olur.

A.Akgül bildirir ki, virus insan vücuduna daxil olduğu andan hüceyrələrə soxulur: "Virus hüceyrələrdəki boşluqlara daxil olaraq çoxalır. Bu, baş verməzsə, virus çoxala bilmədən ölür".

Professorun sözlərinə görə, yaxın zamanlarda koronavirusun səbəb olduğu ürək damarlarının iltihablanması xəstəliyi gündəmə gələcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti