Türkiyədə daha 69 nəfər koronavirusdan öldü

 Türkiyədə daha 69 nəfər koronavirusdan öldü
  04 Aprel 2020    Oxunub:3780
Türkiyədə son sutka ərzində 69 nəfər koronavirusdan (COVİD-19) dünyasını dəyişib, 2786 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, virusdan ölənlərin ümumi sayı 425 nəfərə çatıb. Onun sözlərinə görə, ən çox ölüm faktı İstanbul şəhərindədir.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa yoluxanların sayı 20 min 921 nəfərdir.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti